Dövlət Fitosanitar Nəzarəti Xidməti tender elan edib

Dövlət Fitosanitar Nəzarəti Xidməti tender elan edib Tender inventarların və xüsusi geyimlərin alınması məqsədi ilə keçirilir
ASK
28 Oktyabr , 2016 10:01
Dövlət Fitosanitar Nəzarəti Xidməti tender elan edib

Bakı. 28 oktyabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti (DFNX) açıq tender elan edib.

“Report”un məlumatına görə, tender 2 lot – inventarların və xüsusi geyimlərin alınması üzrə keçirilir. Hər lot üzrə iştirak haqqı 150 manatdır. 

İddiaçılar lazımi sənədləri dekabrın 2-nə qədər, tender təklifi və bank təminatını isə dekabrın 9-na qədər DFNX-ya (Bakı şəhəri, Binəqədi rayonu, Nəcəf Nərimanov küçəsi, 7A) təqdim etməlidirlər. 

Təkliflərə dekabrın 12-də iddiaçıların və yaxud onların səlahiyyətli nümayəndələrinin iştirakı ilə adı çəkilən ünvanda baxılacaq. 

Son xəbərlər

Orphus sistemi