Dövlət Fitosanitar Nəzarəti Xidməti keçirdiyi tenderin müddətini uzadıb

Dövlət Fitosanitar Nəzarəti Xidməti keçirdiyi tenderin müddətini uzadıb Tender 20 dekabr tarixinə keçirilib
ASK
15 Dekabr , 2016 10:11
Dövlət Fitosanitar Nəzarəti Xidməti keçirdiyi tenderin müddətini uzadıb

Bakı. 15 dekabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin (DFNX) Tender Komissiyası Xaçmaz Rayonlararası Bitki Karantin Məntəqəsinin inzibati və yardımçı binalarının təmiri ilə əlaqədar dekabrın 14-də saat 10:00-da keçirilməsi nəzərdə tutulan tender prosedurunun müddətini artırıb.

"Report" "Xalq" qəzetinə istinadən xəbər verir ki, tender proseduru 20 dekabr saat 10:00-da iddiaçıların və onların səlahiyyətli nümayəndələrinin iştirakı ilə DFNX-də keçiriləcək.

İddiaçılar tender təklifi və bank təminatını 19 dekabr saat 17:00-dək Bakı şəhəri, Nəsimi rayonu, Nəcəf Nərimanov küçəsi,7A ünvanına təqdim etməlidirlər.

Son xəbərlər

Orphus sistemi