Dövlət Baytarlıq Nəzarəti Xidməti tender keçirir

Dövlət Baytarlıq Nəzarəti Xidməti tender keçirir Bir lot üzrə keçirilən tenderdə iştirak haqqı 150 manatdır
ASK
15 Fevral , 2017 10:25
Dövlət Baytarlıq Nəzarəti Xidməti tender keçirir

Bakı. 15 fevral. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) Göygöl Zona Baytarlıq Laboratoriyasının inzibati binasının əsaslı təmiri məqsədilə açıq tender elan edib.

“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumata görə, bir lot üzrə keçirilən tenderdə iştirak haqqı 150 manatdır. İddiaçılar ilkin sənədləri martımn 28-nə qədər, tender təklifi və onun dəyərinin 2%-i qədər bank təminatını isə aprelin 4-nə qədər DBNX-nin yerləşdiyi Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, 3123-cü məhəllə ünvanına təqdim etməlidirlər.

Təkliflərə aprelin 5-də, saat 16:00-da qeyd olunan ünvanda, iddiaçıların və onların səlahiyyətli nümayəndələrinin iştirakı ilə baxılacaq.

Son xəbərlər

Orphus sistemi