Dövlət Baytarlıq Nəzarəti Xidməti tender keçirir

Dövlət Baytarlıq Nəzarəti Xidməti tender keçirir Qurum strukturuna daxil olan binaların yenidən qurulması və əsaslı təmiri işləri almaq istəyir
ASK
23 Sentyabr , 2017 11:04
Dövlət Baytarlıq Nəzarəti Xidməti tender keçirir

Bakı. 23 sentyabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) strukturuna daxil olan Ucar Rayon Baytarlıq İdarəsinin inzibati binasının əsaslı təmiri (lot-1) və Quba Zona Baytarlıq Laboratoriyasının Toksikologiya şöbəsinin, yarma otağının, süni mayalanma otağının və digər köməkçi otaqların yenidən qurulması və əsaslı təmiri (lot-2) işlərinin satın alınması məqsədilə açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı hər bir lot üzrə 250 manatdır.

İddiaçılar ilkin sənədləri oktyabrın 12-nə qədər, tender təklifi və onun dəyərinin 2%-i qədər bank təminatını isə oktyabrın 20-nə qədər DBNX-nin Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, 3123-cü məhəllə ünvanına təqdim etməlidirlər. Əlaqələndirici şəxs Mustafa Allahverənovdur (tel.: (012) 562-97-72).

Təkliflərə oktyabrın 23-də, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq. 

Son xəbərlər

Orphus sistemi