Dövlət Aqrar Ticarət Şirkətinin təşkil edəcəyi bayram yarmarkasının tarixi açıqlanıb

Dövlət Aqrar Ticarət Şirkətinin təşkil edəcəyi bayram yarmarkasının tarixi açıqlanıb Bakı. 7 dekabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Aqrar Ticarət Şirkəti MMC-nin təşkil edəcəyi bayram yarmarkasının tarixi açıqlanıb.
ASK
7 Dekabr , 2018 14:15
Dövlət Aqrar Ticarət Şirkətinin təşkil edəcəyi bayram yarmarkasının tarixi açıqlanıb

Bakı. 7 dekabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında "Dövlət Aqrar Ticarət Şirkəti" MMC-nin təşkil edəcəyi bayram yarmarkasının tarixi açıqlanıb. 

Bu barədə "Report"a şirkətin mətbuat katibi Mayis Musayev məlumat verib. 

Onun sözlərinə görə, yarmarka dekabrın 21-30-da, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 154 ünvanında keçiriləcək. 

"Yarmarkanı 5 gün müddətində keçirməyi nəzərdə tutmuşduq. Ancaq istəyin çox olduğunu nəzərə alaraq yarmarkanın vaxtını uzatdıq”, - o qeyd edib. 

Son xəbərlər

Orphus sistemi