Tünzalə Ağayeva Dostluq Parkında ağacəkmə aksiyasına qatılıb

Tünzalə Ağayeva Dostluq Parkında ağacəkmə aksiyasına qatılıb BŞH əməkdaşları Avropa Qran Prisinin Könüllüləri və Marşalları ilə birgə 500-dək ağac əkib
ASK
9 Aprel , 2016 16:29
Tünzalə Ağayeva Dostluq Parkında ağacəkmə aksiyasına qatılıb

Bakı. 9 aprel. REPORT.AZ/ Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) işçiləri Formula 1 Avropa Qran Prisinin Könüllüləri və Marşalları ilə birlikdə aprelin 9-da Səbail rayonunda yerləşən Dostluq Parkında ağacəkmə aksiyası keçirib. BŞH-dən "Report"a verilən məlumata görə, tədbirdə Avropa Qran Prisinin rəsmi elçilərindən Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva və Formula 1 şərhçisi Rəhim Əliyev də iştirak edərək, ağac əkdilər.

“Gəlin Bakını sürətlə yaşıllaşdıraq” devizi altında baş tutan aksiyada Abşeron iqliminə uyğun olan 500-dək şam və sərv ağacı əkilib. Tədbirin keçirilməsində əsas məqsəd mötəbər idman yarışına ev sahibliyi edən Bakıda yaşıllıq zolaqlarını artırmaq və şəhərin ekoloji mühitinin yaxşılaşdırılmasını sürətləndirmək, eləcə də Avropa Qran Prisinin təşkilatçılığında fəaliyyət göstərən kollektiv arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsinə töhfə verməkdir.

Qeyd edək ki, BŞH növbəti aylarda da oxşar sosialyönümlü tədbirlər keçirməyə davam edəcək. Formula 1 üzrə Avropa Qran Prisi 17 - 19 iyunda Bakı küçələrində təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi