Yuxarı

Direktor: "Mərcan” toyuqları su ilə deyil, hava ilə soyudulur" - REPORTAJ

Direktor: "Mərcan” toyuqları su ilə deyil, hava ilə soyudulur"

“Mərcan” toyuq əti məhsullarının istehsalçısı “Azerbaijan Poultry Company” MMC (APC) Ucar şəhərindəki istehsal müəssisəsinə press-tur təşkil edib.

Tədbir çərçivəsində İçərişəhər Cümə məscidinin axundu və məşhur din xadimi Hacı Surxay, eləcə də jurnalistlərdən ibarət nümayəndə heyəti şirkətin baş baytarı Rüstəm Qasımovun müşaiyəti ilə istehsalata baş çəkib.

“Mərcan” toyuqlarının istehsal prosesi ilə tanış olan qonaqlara məlumat verilib ki, toyuq əti məhsulları su ilə deyil, hava ilə soyudulur. Bu üsul məhsulun faydalı xüsusiyyətlərini qorumağa imkan verir və onda zərərli mikroorqanizmlərin yaranmasının qarşısını alır.

Daha sonra qonaqlar fabrikin daxilində yaradılmış ibadət otağı ilə tanış olublar. Onlara bildirilib ki, şirkətin işçiləri hər gün burada namaz qılır, dini ayinləri icra edirlər.

İstehsal prosesi ilə tanışlıqdan sonra şirkətin direktoru Rüfət Məmmədzadənin iştirakı ilə mətbuat konfransı keçirilib.

Mətbuat konfransında çıxış edən İçərişəhər Cümə məscidinin axundu və məşhur din xadimi Hacı Surxay bildirib ki, müəssisədə sağlam və HALAL toyuq məhsulları istehsal edilir:

“Biz şirkət təmsilçiləri və dəyərli jurnalistlərlə birlikdə istehsalat prosesi ilə əyani tanış olduq. Müəssisədə yaradılan şərait, hər bir məqama xüsusi həssaslıqla yanaşılması diqqətimizdən yayınmadı. Qürurverici haldır ki, ölkəmizdə müasir dəyərlərə cavab verən və HALAL toyuq məhsulları istehsal edən belə müəssisə var”.

Hacı Surxayın sözlərinə görə, nəinki inanclı insanlar, hər bir istehlakçı “Mərcan” toyuq məhsullarından istifadə edə bilər: “Bizim işimiz ictimaiyyəti maarifləndirməkdir, onları düzgün yola dəvət etməkdir. Mən buradan üzümü inanclı insanlara və soydaşlarımıza tutub çağırış edirəm. “Mərcan” toyuqları halaldır, onları heç bir tərəddüd etmədən alın, yeyin, nuş edin!”.

Daha sonra şirkətin direktoru Rüfət Məmmədzadə jurnalistlərin suallarına cavab verib.

Ayda 750-800 ton toyuq əti istehsal olunur

Onun sözlərinə görə, müəssisə 2012-ci ildə, müasir texnologiyalar əsasında qurulub: "Hazırda burada ayda 750-800 ton toyuq əti istehsal olunur. Məhsullar 65 çeşiddə olmaqla Bakı, Abşeron, Gəncə, Mingəçevir, Göyçay və Bərdədə olan mağazalarda satışa çıxarılır. Daxili bazarda rəqabətə tam davam gətirə bilirik, ölkənin toyuq ətinə olan tələbatının bir hissəsini ödəyirik, eyni zamanda ixracla bağlı planlarımız var. Bu istiqamətdə Birləşmiş Ərəb Əmirlikləri ilə danışıqlar aparırıq".

Məhsullar yerli və beynəlxalq standardlara uyğundur

Direktor qeyd edib ki, "Mərcan" brendi halal məhsul istehsalına nəzarət edən və İslam Əməkdaşlıq Təşkilatı tərəfindən bəyənilən yeganə sertifikasiya orqanı olan Malaziya-nın JAKIM təşkilatının verdiyi sertifikata layiq görülüb: “Bu da o deməkdir ki, şirkətin məhsulları MS 15 000 - 2 009 standartının tələblərinə tam uyğundur".

Azərbaycanda isə "Mərcan" toyuqlarına Qida Təhlükəsizliyi Agentliyi (QTA) müsbət rəy verib. R.Məmmədzadənin sözlərinə görə, müəssisənin məhsulları I katerqoriyaya aiddir, bu isə onun zülallarla zənginliyinə, quşların yetişdirilməsindən hazır məhsulun buraxılmasına kimi istehsalat prosesinə ciddi nəzarət tələb edən QOST 31962-2013 standartına uyğunluğunu sübüt edir: “Yəni, "Mərcan" toyuqları QTA-nın tələblərinə tam cavab verir".

Sağlam qidalanma, islami kəsim

Direktor bildirib ki, müəssisədə toyuqlar tam qapalı şəraitdə, bütün sanitar gigiyenik qaydalara əməl olunmaqla saxlanılır, sağlam yolla qidalandırılır, mümkün bütün xəstəliklərə qarşı vaxtında profilaktik tədbirlər görülür, bıçaqla, tam islami qaydalara uyğun kəsilir.

"Məhsulların ekoloji təmizliyi bizim üçün çox vacibdir, ona görə də biz tərkibində GMO olmayan yemlərdən istifadə edir, toyuqları bütün veterinar və sanitar tələblərə uyğun yetişdiriririk. Müvafiq tempreratur, havalandırma, təmiz içməli axar su, lazımi qida və vitaminlər ilə təminata təkcə mütəxəsislər deyil, həmçinin avtomatlaşdırılmış sistemlər də nəzarət edir. "Mərcan" toyuqları su ilə deyil, hava ilə soyudulur. Bu üsul məhsulun faydalı xüsusiyyətlərini qorumağa və onda zərərli mikroorqanizlərin yaranmasının qarşısını almağa imkan verir, üstəlik toyuqların rəf ömrünün uzanmasına kömək edir. Belə ki, bizim toyuqlar rəfdə 5-7 gün saxlanıla bilər. Başqa üsullardan istifadə etdikdə, bu müddət azalır", - o deyib.

Şonda qonaqlar “Azerbaijan Poultry Company” MMC (APC) tərəfindən xeyriyyə məqsədilə təşkil olunmuş iftarda iştirak ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi