Yuxarı

Azərbaycanın daha 11 rayonunda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək

​Daha 11 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək

Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrolizinq” ASC Azərbaycanın daha 11 rayonunda güzəştli şərtlərlə gübrə satışı həyata keçirməyi planlaşdırır. 

Nazirlikdən “Report”a verilən məlumata görə, söhbət Oğuz, Qax, Şəki, Qəbələ, Xaçmaz, Qusar, Neftçala, Cəlilabad, Hacıqabul, Kürdəmir, və Göyçay rayonlarından gedir. 

Səyyar satışlar oktyabrın 22-də Oğuzun Qumlaq, Xaçmazın Uzunoba və Neftçalanın Xorqaraqaşlı kəndlərində, oktyabrın 23-də Qaxın Ləkid, Xaçmazın Xudat və Cəlilabadın Pirivolnoye kəndlərində, oktyabrın 24-də Şəkinin Aydınbulaq, Qusarın Urva və Hacıqabulun Meyniman kəndlərində, oktyabrın 25-də Şəkinin Şorsu, Qusarın Urva və Kürdəmirin Qarasu kəndlərində, oktyabrın 26-da Qəbələnin Tüntün, Qubanın Hacıhüseynli və Göyçayın Ləkçılpaq kəndlərində həyata keçiriləcək.

Həmçinin ətraf kəndlərin sakinləri tələb olunan sənədləri - torpaq aktı və ya çıxarış, icra nümayəndəsindən ərizə-məlumat formasını və şəxsiyyət vəsiqəsinin surətini təqdim etməklə 70 faiz güzəştdən yararlanaraq mineral gübrə ala bilərlər.

Səyyar satış xidmətlərinin təşkil ediləcəyi yerlər barəsində məlumat almaq üçün 1652 Çağrı Mərkəzi və (+99451) 255-93-83, (+99451) 229-32-07 əlaqə nömrəsinə müraciət etmək lazımdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi