Yuxarı
    Bağlamaq

    Çinlilər Qardabanidə yeni İES inşa edəcək

    Layihənin dəyəri 159 milyon dollar təşkil edir, İES-in 2020-ci ilin qışında istismara veriləcəyi planlaşdırılır

    Bakı. 27 oktyabr. REPORT.AZ/ Çinin "China Tianchen Engineering Corporation" şirkəti Qardabanidə (Gürcüstan) qaz və buxar turbinləri ilə kombinləşmiş yeni istilik-elektrik stansiyası (İES) inşa edəcək.

    "Report" "Sputnik-Gürcüstan"a istinadən xəbər verir ki, 230 MVt gücə malik yeni İES artıq inşa edilməyə başlanılıb.

    Layihənin dəyəri 159 milyon dollar təşkil edir. İES-in 2020-ci ilin qışında istismara veriləcəyi planlaşdırılır.

    Qeyd edək ki, Qardabani Azərbaycan icmasının Gürcüstanda sıx məskunlaşdığı ərazilərdəndir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi