Çin şirkəti Azərbaycanda pambıq zavodu açmaq niyyətindədir

Çin şirkəti Azərbaycanda pambıq zavodu açmaq niyyətindədir Hazırda bu məsələ ilə bağlı danışıqlar aparılır
ASK
8 Fevral , 2016 11:28
Çin şirkəti Azərbaycanda pambıq zavodu açmaq niyyətindədir

Bakı. 8 fevral. REPORT.AZ/ Azərbaycan və Çin kənd təsərrüfatı sahəsində əlaqələri genişləndirmək niyyətindədir. Hazırda Çinin "Xinjiang Yinlonq" beynəlxalq kənd təsərrüfatı kooperasiyası şirkəti Azərbaycanda yeni texnolologiyalar əsasında mahlıc, pambıq toxumu istehsalı üçün müştərək zavod tikintisinin imkanlarını nəzərdən keçirir.

"Report"un əldə etdiyi məlumata görə, yerli ekspertlərin fikrincə, Azərbaycanda toxumçuluğun inkişafı, pambığın emalı, çiyindən təmizlənməsi planları məhz bu zərurəti yaradır.

Azərbaycanlı mütəxəssislər bildirirlər ki, Çin ölkənin iqlim şəraitinə və torpaq imkanlarına xüsusi önəm verir. Xarici mütəxəssislər Azərbaycanın iqlim şəraitini, torpağın daha təmiz və məhsuldar olmasını toxumçuluq və məhsul istehsalı üçün olduqca yüksək qiymətləndirirlər.

Hazırda Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ilə Çin şirkəti arasında bu istiqamətdə danışıqlar gedir.

Qeyd edək ki, "Xinjiang Yinlonq" Çinin pambıqçılıq sahəsi üzrə ixtisaslaşan üçüncü ən böyük şirkətidir.

Son xəbərlər

Orphus sistemi