Yanvarda yumurta və təbii bal bahalaşıb

Yanvarda yumurta və təbii bal bahalaşıb Qoyun əti isə 0,5% ucuzlaşıb
ASK
13 Fevral , 2015 16:19
Yanvarda yumurta və təbii bal bahalaşıb

Bakı. 13 fevral. REPORT.AZ/ Cari ilin yanvar ayında əvvəlki ilin dekabr ayına nisbətən bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri, o cümlədən ayrı-ayrılıqda həm bitkiçilik, həm də heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 1,0% bahalaşıb.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, birillik bitkilərdən arpanın istehsalçı qiyməti 2,1%, buğdanınkı isə 0,3% ucuzlaşıb, xiyarın 10,4%, pomidorun 1,1%, baş kələmin 0,4%, quru otun 1,9%, yoncanın 2,9%, noxud dəninin 0,7%, lobya dəninin 0,2%, kartofun istehsalçı qiyməti isə 0,7% bahalaşıb.

Çoxillik bitkilərdən xurmanın istehsalçı qiyməti 10,1%, naringinin 9,3%, heyvanın 6,9%, narın 2,9%, limonun 1,0%, alma və portağalın 0,4%, qoz-fındığın istehsalçı qiyməti isə 3,4% bahalaşıb.

Diri heyvanlar və heyvandarlıq məhsullarından yumurtanın 6,8%, qoyun və keçilərin qırxılmış yuyulmamış yununun 4,5%, cavan camışların 1,0%, təbii balın istehsalçı qiyməti 0,4% bahalaşıb, diri çəkidə quş ətinin 0,7%, diri qoyun və keçilərin 4,1%, diri çəkidə qoyun ətinin istehsalçı qiyməti isə 0,5% ucuzlaşıb.

Son xəbərlər

Orphus sistemi