Yuxarı

Yarmarka bitdikdən sonra keyfiyyətə uyğun olmayan bal məhsulları arıçılara qaytarılacaq

Bu ilki Yarmarkada 14%-dək bal məhsulları satışa buraxılmayıb

"Bu gün Bakıda açılışı həyata keçirilmiş arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkası bitdikdən sonra keyfiyyətə uyğun olmayan və yarmarkaya çıxarılmayan bal məhsulları arıçılara qaytarılacaq". 

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov bildirib. 

Onun sözlərinə görə, bu il təqribən 120 tondan çox bal satışa çıxarılıb, amma 14%-dək göstəricilərinin tələblərinə cavab verməyən bal məhsulları satışdan kənarlaşdırılıb:" Həmin ballar karantin şəraitdə anbarlarda saxlanılır, yarmarka başa çatdıqdan sonra sahiblərinə təhvil veriləcək".

Qeyd edək ki, yarmarkada 37 rayon üzrə 321 iştirakçı qeydiyyata alınıb. Hər arıçıya 400 kq arıçılıq məhsulu çıxarılmasına icazə verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi