Yuxarı
    Bağlamaq

    Bu ilin I rübündə Azərbaycana idxal edilən ət məhsullarının həcmi açıqlanıb

    Bakı. 12 aprel. REPORT.AZ/ Bu ilin I rübündə Azərbaycana 1 430,3 ton iribuynuzlu mal əti, 53,2 ton qoyun əti, 93 ton ət konservi, 5 623,6 ton quş əti, 1 775,1 ton donuz əti, 763,4 ton kolbasa və sosis, 736,2 ton süd, 2649,1 ton süd məhsulları, 1082,7 ton pendir, 358 ton quru süd, 886,8 ton qatılaşdırılmış süd, 761 ton mayonez, 4 879,1 ton kərə yağı, 195,4 ton süd və yağ pastası, 5 795,2 min ədəd damazlıq yumurta, 25 271 baş iribuynuzlu heyvan, o cümlədən 1 330 baş damazlıq, 5 905 baş kəsim üçün xırdabuynuzlu heyvan, 374,4 min baş bir günlük cücə, 635 ton balıq konservi, 1 094,6 ton dondurulmuş balıq, 1 775 ton spred yağı, 23 500 doza buğa toxumu, 0,79 ton balıq kürüsü, 19,3 ton yumurta ağı tozu və s. baytarlıq nəzarətində olan məhsullar idxal olunub.

    Bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən "Report"a verilən məlumatda bildirilir.

    Heyvan mənşəli idxal məhsulları Respublika Baytarlıq Laboratoriyasında bakterioloji, kimya-toksikoloji, radioloji və digər müayinələrdən keçirilərək qida üçün yararlığı müəyyən edildikdən sonra istifadəyə verilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi