Yuxarı

Bu il Naxçıvanda 62 min 970 hektar sahədə əkin aparılıb

​Bu il Naxçıvanda 62 min 970 hektar sahədə əkin aparılıb

Cari ilin məhsulu üçün Naxçıvan Muxtar Respublikasında 62 min 970 hektar sahədə əkin aparılıb.

"Report" Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, cari ilin ötən 9 ayında muxtar respublikada 109 min 760 ton dənli və dənli-paxlalı, 4207 tondən üçün qarğıdalı, 772 ton dən üçün günəbaxan, 74 min 934 ton tərəvəz, 49 min 139 ton kartof, 36 min 790 ton bostan məhsulları, 40 min 202 ton meyvə, 9869 ton üzüm istehsal olunub. Bir neçə məhsul növüüzrə yığım hazırda davam etdirilir.

Son illər muxtar respublikada 4 min 135 hektar sahədə yeni qapalı suvarma şəbəkəsi istifadəyə verilib. Hazırda Şahbuz rayonunun Türkeş kəndində bu işlər davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi