Yuxarı
    Bağlamaq

    Bu il kənd təsərrüfatı məhsullarının istehsalı artıb

    Bakı. 18 dekabr. REPORT.AZ/ 2018-ci ilin yanvar-noyabr aylarında kənd təsərrüfatı məhsullarının istehsalında artım müşahidə edilib.

    “Report” Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 4,6%, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,7%, bitkiçilik məhsulları üzrə isə 6,6% artıb. 

    2018-ci il dekabr ayının 1-nə kimi sahələrdən 1 446,6 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 5,6% çox tərəvəz, 889,4 min ton (əvvəlki ilin müvafiq dövrü səviyyəsində) kartof, 401,6 min ton (8,2% az) bostan məhsulları, 998,4 min ton (8,1% çox) meyvə və giləmeyvə, 154,8 min ton (6,2% çox) üzüm, 868,6 ton (12,5% çox) yaşıl çay yarpağı, 284,5 min ton (30,3% az) şəkər çuğunduru, 220,4 min ton (13,3% çox) pambıq, 24,2 min ton (19,3 % az) dən üçün günəbaxan, 5,7 min ton (13,3 % çox) tütün yığılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi