Yuxarı

Bu il Azərbaycan 114 mln. dollarlıq xurma ixrac edib

​Bu il Azərbaycanın satdığı xurmanın miqdarı açıqlanıb

Bakı. 2 fevral. REPORT.AZ/ Bu il Azərbaycanın xurma satışında artım müşahidə edilib.

Bu barədə “Report”a açıqlamasında Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Qadir Yusifov məlumat verib.

Onun sözlərinə görə, ötən il 97 mln. dollarlıq Azərbaycan xurma satışı həyata keçirib: “Bu il isə 114 mln. dollarlıq xurma satılıb”.

Q.Yusifov bildirib ki, xurma əsasən Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Ərəb Əmirliklərinə ixrac olunur : “Hazırda ölkədə 4 min ton məhsul var. Həmin məhsul növbəti 15 gün ərzində ixrac olunacaq”. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi