“Report” nazirliyiə istinadən xəbər verir ki, iclasda ictimai nəzarəti və şəffaflığı təmin etmək məqsədi ilə Azərbaycan Arıçılar Assosiasiyasının nümayəndələri də iştirak ediblər.
İştirakçılar 60 rayon (şəhər) komissiyasından daxil olmuş müraciətlərə baxıb. Respublika Komissiyası 1 927 inzibati ərazi vahidi üzrə 2019-cu ildə arıçılıqla məşqul olan 19 807 fiziki və hüquqi şəxsə sahib olduqları 426 533 arı ailəsinə (pətəyə) görə 4 265 330 manat subsidiya ödənilməsini qərara alıb.
Müraciətlərin və müvafiq sənədlərin Maliyyə Nazirliyinə göndərilməsi barədə qərar qəbul olunub.