Bu il Azərbaycan süd idxalını 19% artırıb

Bu il Azərbaycan süd idxalını 19% artırıb Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan 8,137 mln ABŞ dolları dəyərində 4 998 ton süd idxal edib.
ASK
15 Avqust , 2019 16:57
Bu il Azərbaycan süd idxalını 19% artırıb

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan 8,137 mln ABŞ dolları dəyərində 4 998 ton süd idxal edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, həcm baxımından 2018-ci ilin yanvar-iyul aylarının göstəriciləri ilə müqayisədə 798,2 ton (19%) çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 2,211 mln dollar (37,31%) çoxdur.

Bu ilin yanvar-iyul ayları ərzində süd idxalı Azərbaycanın ümumi idxalının 0,10%-ni təşkil edib.

Son xəbərlər

Orphus sistemi