Bu günə qədər Azərbaycanda 28 min ton şəkər çuğunduru yığılıb

Bu günə qədər Azərbaycanda 28 min ton şəkər çuğunduru yığılıb Bu il Azərbaycanda 7 346 hektar sahədə şəkər çuğunduru əkilib.
ASK
23 Sentyabr , 2019 14:48
Bu günə qədər Azərbaycanda 28 min ton şəkər çuğunduru yığılıb

Bu il Azərbaycanda 7 346 hektar sahədə şəkər çuğunduru əkilib. 

Bu barədə "Report"a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumata görə, bu sahələrdən 5 693 hektarı sadə üsulla, 1 653 hektarı isə pivot sistemi ilə suvarılır. Ümumilikdə bu il 25 rayonda şəkər çuğunduru becərilib. Ən çox şəkər çuğunduru İmişli (918 ha), Ağcabədi (844 ha), Tovuz (668 ha), Tərtər (670 ha), Beyləqan (558 ha), Füzuli (554 ha) rayonlarında əkilib.

"Hazırda respublikada şəkər çuğunduru yığımı davam edir. Bu günə qədər sahələrdən 28 226 ton şəkər çuğunduru yığılıb. Yığım göstəricisinə görə Hacıqabul rayonu öndədir. Rayonda bu il 172 hektar sahədə şəkər şuğunduru becərilib, bu günədək sahələrdən 8 498 ton məhsul yığılıb. Tovuz rayonunda 3 995 ton, İmişlidə 3 502 ton, Ağcabədidə 3 253 ton şəkər çuğunduru toplanıb. Şəkər çuğunduru yığımı davam edir", - nazirlikdən bildirilib.

Son xəbərlər

Orphus sistemi