Bu gün Azərbaycan Premyer Liqasının IV turuna yekun vurulacaq

Bu gün Azərbaycan Premyer Liqasının IV turuna yekun vurulacaq Günün ilk oyunu Gəncədə olacaq
ASK
11 Sentyabr , 2016 07:30
Bu gün Azərbaycan Premyer Liqasının IV turuna yekun vurulacaq
Courtesy İmage

Bakı. 11 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Premyer Liqasının IV turuna yekun vurulacaq. 

"Report"un məlumatına görə, turun son oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün ilk oyunu Gəncədə olacaq. "Kəpəz" "Zirə"ni qəbul edəcək. Komandalar bugünədək 4 dəfə üz-üzə gəlib. Bu görüşlərin biri gəncəlilərin xeyrinə başa çatıb. 3 oyunda isə heç-heçə qayıdıb. Zirə təmsilçisinin aktivində isə qələbə yoxdur. "Kəpəz" Adil Şükürovun rəhbərlik etdiyi komanda ilə hər oyunda qol vurub. Meydan sahibi komanda qolsuz və xalsız qalmayıb. Hər oyunda ən azı 2 qol vurulub. "Kəpəz" 3 turdan sonra 2 xalla 7-ci, "Zirə" isə 6 xalla 3-cü pillədədir.

Turun son oyununda isə "Sumqayıt" və "İnter" komandaları üz-üzə gələcək. Komandalar ölkə çempionatlarında 16 oyun keçirib. Üstünlük "bankirlər"in tərəfindədir. "İnter" 9, "Sumqayıt" isə 2 dəfə meydanı qələbə ilə tərk edib. 5 oyunda bərabərlik qeydə alınıb. Son 4 oyunda meydan sahibi komanda qalib gəlməyib. “İnter” 5 oyundur meydanı qolsuz tərk etmir. Paytaxt təmsilçisi isə son 3 səfərin hərəsində 1 qol vurub. "Sumqayıt" 3 xalla 5-ci, "İnter" isə 5 xalla 4-cü pillədə qərarlaşıb.

Azərbaycan Premyer Liqası, IV tur

11 sentyabr

16:00. “Kəpəz” – “Zirə”
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Coşqun Həsənov, Rövşən Rəcəbov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Vüsal Əliyev
Gəncə şəhər stadionu

20:30. “Sumqayıt” – “İnter”
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Mehman Mahmudov, Mübariz Haşımov
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Xaqani Məmmədov
“Kapital Bank Arena”

Qeyd edək ki, turun digər oyunlarında "Qarabağ" AZAL-ı 6:0, "Qəbələ" isə "Neftçi"ni 8:0 hesabı ilə məğlub edib.

Son xəbərlər

Orphus sistemi