Yuxarı

Biləsuvarda əhaliyə güzəştli şərtlərlə azot gübrəsi satılıb

Bu gün Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC Biləsuvar rayonunun Ağayrı kəndində azot gübrəsinin güzəştli şərtlərlə satışını həyata keçirib.

Bu barədə “Report”a Nazirlikdən bildirilib.

Məlumata görə, satışdan bütün ətraf kəndlər yararlanıb. Vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yararlanaraq mineral gübrə əldə ediblər. Ümumilikdə, 16 kənd üzrə 94 vətəndaş müraciət edib, onlardan 57-nə 40,1 ton ammonium nitrat gübrəsi satılıb. 

Xatırladaq ki, sabah Saatlı rayonunun Çolpı kəndində mineral gübrələrin güzəştli şərtlərlə növbəti səyyar satışı keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi