BƏƏ Rusiyadan quş əti idxalına qadağa qoyub

BƏƏ Rusiyadan quş əti idxalına qadağa qoyub Bakı. 3 yanvar. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Rusiyanın Kostroma vilayətindən quş əti və yumurta idxalına qadağa qoyub.
ASK
3 Yanvar , 2018 10:00
BƏƏ Rusiyadan quş əti idxalına qadağa qoyub

Bakı. 3 yanvar. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Rusiyanın Kostroma vilayətindən quş əti və yumurta idxalına qadağa qoyub.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, buna səbəb vilayətdə yaranmış quş qripi təhlükəsidir.

Qadağanı BƏƏ-nin iqlim dəyişikliyi və ətraf mühit nazirliyi tətbiq edib. Qurum həmçinin sözügüdən xəstəliyin bir qədər əvvəl müşahidə edildiyi Həştərxan vilayətindən və Kalmıkiya bölgəsindən də ölkəyə ət gətirilməsini qadağan edib.

Bununla belə, Rusiyanın kənd təsərrüfatı məhsullarına nəzarət idarəsi - “Rosselnadzor” bəyan edib ki, qadağa barədə məlumatsızdır. İdarənin mətbuat katibi Yuliya Melano bildirib ki, bu barədə BƏƏ-dən xəbərdarlıq almayıblar. 

Onun sözlərinə görə, söhbət 2017-ci ildə qeydə alınmış quş qripi epidemiyalarından gedə bilər, amma onun da qarşısı alınıb. Ərəb tərəfi yeni epidemiya barədə rəsmən müraciət edərsə qarşı tərəflər danışıqlara başlanılacaq. 

Son xəbərlər

Orphus sistemi