Baş nazirin müavini: “Azərbaycan höküməti kənd təsərrüfatının inkişafına ciddi önəm verir”

Baş nazirin müavini: “Azərbaycan höküməti kənd təsərrüfatının inkişafına ciddi önəm verir” Bakı. 24 sentyabr. REPORT.AZ/ Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə həssaslıqla yanaşır.
ASK
24 Sentyabr , 2018 10:46
Baş nazirin müavini: “Azərbaycan höküməti kənd təsərrüfatının inkişafına ciddi önəm verir”
0 : 00
0 : 00

Bakı. 24 sentyabr. REPORT.AZ/ "Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə həssaslıqla yanaşır".

"Report" xəbər verir ki, bunu Azərbaycan Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının (DİMƏŞ) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşəbbüsü ilə keçirilən milli seminarda baş nazirin müavini Əli Əhmədov bildirib.

Onun sözlərinə görə, kənd təsərrüfatının inkişaf etdirilməsi dayanıqlı inkişafa təsirini göstərən əsas amillərdən biridir: "Azərbaycan höküməti kənd təsərrüfatının inkişafına ciddi önəm verir. Ölkə əhalisinin 47%-i kənddə yaşayır. Azərbaycan iqtisadiyyatında milli məhsulun formalaşmasında kənd təsərrüfatı xüsusi yer tutur. Dayanıqlı İnkişaf Məqsədlərində qarşıya qoyulan bir sıra hədəflər var. Kənd təsərrüfatının inkişaf etdirilməsi əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm vəzifələrdən biridir. Bunun üçün Azərbaycan hökuməti bütün qlobal layihələrdə yaxından iştirak edir”, - deyə o, qeyd edib. 

Son xəbərlər

Orphus sistemi