Balakəndə Məhsul Bolluğu Bayramı keçirilib

Balakəndə Məhsul Bolluğu Bayramı keçirilib Bayram tədbirində rayonda istehsal olunan məhsullar nümayiş olunub
ASK
5 Noyabr , 2016 14:53
Balakəndə Məhsul Bolluğu Bayramı keçirilib

Balakən. 5 noyabr. REPORT.AZ / Balakən rayonunda 5-ci ənənəvi Məhsul Bolluğu Bayramı keçirilib. "Report"un Şimal-Qərb bürosunun məlumatına görə, bayam tədbirində Balakən mətbəxinə aid təamlar, arıçılıq, ət, süd, tərəvəz məhsulları, rayon üçün xarakterik olan meyvələr, o cümlədən xurma, qoz, fındıq, habelə yerli konserv zavodunun istehsal etdiyi müxtəlif çeşiddə məhsullar, folklor və rəqs kollektivləri, kəndirbazların maraqlı çıxışları, qarğıdalı dəni açma və digər əyləncəli yarışlar nümayiş olunub.

Bayram iştirakçıları Balakən mətbəxi üçün xarakterik olan süd çörəyinin – maxaranın, buğda və qarğıdalı unundan təndir çörəyinin bişirilməsi prosesini izləyib, rayonun kəndlərində keçirilən ənənəvi qarğıdalı təmizlənməsi və yun daranması iməcilikləri ilə əyani şəkildə tanış olublar. Bu bayram son illər aqrar sahədə görülən işləri təbliğ və nümayiş etdirmək, məhsul istehsalçılarını həvəsləndirmək məqsədi daşıyır.

Tədbir iştirakçıları kənd təsərrüfatı məhsullarının sərgiləri ilə tanış olub, yun darayan, ip əyirən, xalça toxuyan xanımların əl işlərinə baxıb, ayrı-ayrı kəndlərin hazırladıqları bayram süfrələrinə qonaq olublar. 

Son xəbərlər

Orphus sistemi