Bakıda VI Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı keçirilir

Bakıda VI Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı keçirilir Bu gün Bakıda VI Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı öz işinə başlayşb.
ASK
25 Yanvar , 2020 11:32
Bakıda VI Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı keçirilir

Bu gün Bakıda VI Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı öz işinə başlayşb.

“Report” xəbər verir ki, builki konfransda Azərbaycan, Türkiyə, Qazaxıstan, Belarus Respublikası, Rusiya, Ukrayna və başqa ölkələrdən peşəkar arıçılar, elm və iş adamları təlimlər keçirəcək, master klas proqramları həyata keçirilir.

Peşakar Arıçılar Birliyi olaraq həm Azərbaycan, həm də yaxın coğrafiyalardan olan arıçıların iştirakı ilə fərqli mədəniyyətlərdən olan böyük bir ailəni bir yerə toplayacaq.

İki gün davam edəcək konfrans müddətində 20-dən çox şirkətin yer alacağı sərgidə Azərbaycan, Çin, Pakistan, Rusiya, Türkiyə və s. kimi fərqli ölkələrdən olan istehsalçılar iştirak edəcək, hər biri öz məhsullarını bölgənin arıçısı ilə tanış edəcək.

VI Azərbaycan Beynəlxalq Arıçılıq Konfransının rəsmi hissəsi ilə yanaşı “bal yarışması”, qala gecəsi, mükafatlandırma mərasimləri keçiriləcək. 

Qeyd edək ki, altı ildir ardıcıl keçirilən konfrans arıçılıq sahəsində Qafqazda ən böyük konfransdır.

Son xəbərlər

Orphus sistemi