Yuxarı

Bakıda VI Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı keçiriləcək

​Bakıda VI Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı keçiriləcək

Yanvarın 25-26-da Bakıda VI Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı keçiriləcək. 

Azərbaycan Arıçılar Assosiasiyasından (AAA) “Report”a verilən məlumata görə, builki konfransda Azərbaycan, Türkiyə, Qazaxıstan, Belarus Respublikası, Rusiya, Ukrayna və başqa ölkələrdən peşəkar arıçılar, elm və iş adamları təlimlər verəcək, master klas proqramları həyata keçirəcəklər.

Peşakar Arıçılar Birliyi olaraq həm Azərbaycan, həm də yaxın coğrafiyalardan olan arıçıların iştirakı ilə fərqli mədəniyyətlərdən olan böyük bir ailəni bir yerə toplayacaq.

Konfrans müddətində 20-dən çox şirkətin yer alacağı sərgidə Azərbaycan, Çin, Pakistan, Rusiya, Türkiyə və s. kimi fərqli ölkələrdən olan istehsalçılar iştirak edəcək, hər biri öz məhsullarını bölgənin arıçısı ilə tanış edəcək.

VI Azərbaycan Beynəlxalq Arıçılıq Konfransının rəsmi hissəsi ilə yanaşı “bal yarışması”, qala gecəsi, mükafatlandırma mərasimləri keçiriləcək. Yanvarın 28-də isə qonaqların Bakı şəhəri gəzintisi olacaq.

Qeyd edək ki, 6 ildir ardıcıl keçirilən konfrans arıçılıq sahəsində Qafqazda keçirilən ən böyük konfransdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi