​Bakıda qurbanlıq heyvanların satışı təşkil ediləcək

​Bakıda qurbanlıq heyvanların satışı təşkil ediləcək Nazirlik: Məhsullar bazar qiymətindən ucuz satılacaq
ASK
17 Sentyabr , 2015 15:36
​Bakıda qurbanlıq heyvanların satışı təşkil ediləcək

Bakı. 17 sentyabr. REPORT.AZ/ Qurban bayramı ilə əlaqədar əhalinin qurbanlıq heyvanlara olan tələbatının daha dolğun ödənilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları qurbanlıq heyvanların satışını təşkil edəcək.

Kənd Təsərrüfatı Nazirliyindən “Report”a verilən məlumata görə, bu addım həm də süni qiymət artımının qarşısının alınması məqsədilə atılıb. Nazirlik heyvandarlıqla məşğul olan sahibkarlarla birlikdə bayram günlərində Bakı şəhəri və Bakıətrafı qəsəbələrdə bazardakı qiymətlərlə müqayisədə daha ucuz qurbanlıq heyvanların satışını təşkil edəcək.

Son xəbərlər

Orphus sistemi