Yuxarı
    Bağlamaq

    Bakıda qurbanlıq heyvanların satış yarmarkaları keçirilir

    Bu yarmarkalarda heyvanların satış qiyməti 95 manatdır
    © REPORT / Orxan Əzim

    Bakı. 1 sentyabr. REPORT.AZ/ Bu gün Qurban Bayramı ilə əlaqədar əhalinin qurbanlıq heyvanlara olan tələbatının ödənilməsi məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi Bakı şəhəri ərazisində qurbanlıq heyvanların satış yarmarkalarını təşkil edib. İlk dəfə olaraq nazirliyin tabeliyində olan "Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi" MMC-də yetişdirilən xırda buynuzlu erkək heyvanlar satışa çıxarılıb.

    "Report" xəbər verir ki, bunu Xətai rayonunda ("Nargilə" kafesinin yanı) təşkil olunan yarmarkanın işi ilə yerində tanış olan kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirib.

    "Yarmarkaya 3 000-ə yaxın xırdabuynuzlu erkək heyvanlar gətirilib. Heyvanların hamısı müayinədən keçirilib, sağlam, əmtəəlik heyvanlardırlar", - İ.Quliyev deyib.

    Qeyd edək ki, heyvanların qiyməti 95 manat təşkil edir. Bakıda qurbanlıq heyvanların satışı Nərimanov rayonu (Əliyar Əliyev küçəsi,26; Keşlə bazarının yanı), Xətai rayonu ("Nargilə" kafesinin yanı), Səbail rayonu (Badamdar qəsəbəsi, Seymur Məmmədov küçəsi,8; parkın yanı) və Yasamal rayonunda (Şərifzadə küçəsi,196; "İdeal" şadlıq sarayının həyəti) təşkil olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi