​Bakıda Orta Asiyada milli fitosanitar nəzarəti xidmətlərinin potensialının möhkəmləndirilməsi mövzusunda seminar keçirilir

​Bakıda Orta Asiyada milli fitosanitar nəzarəti xidmətlərinin potensialının möhkəmləndirilməsi mövzusunda seminar keçirilir Tədbirdə idxal edilən karantin nəzarətində olan materialların təyinat məntəqələrində praktiki məşğələlər aparılacaq
ASK
29 İyul , 2015 16:41
​Bakıda Orta Asiyada milli fitosanitar nəzarəti xidmətlərinin potensialının möhkəmləndirilməsi mövzusunda seminar keçirilir

Bakı. 29 iyul. REPORT.AZ/ Bu gün Bakıda Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Fitosanitar Nəzarəti Xidmətinin (DFNX) təşkilatçılığı və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Orta Asiya üzrə subregional ofisinin dəstəyi ilə “Orta Asiyada milli fitosanitar nəzarəti xidmətlərinin potensialının möhkəmləndirilməsi” mövzusunda ikigünlük seminar işə başlayıb. DFNX-dən "Report"a bildirilib ki, seminar fitosanitariyanın əsas sahələrindən biri olan idxal-ixrac əməliyyatları zamanı fitosanitar proseduraların həyata keçirilməsini əhatə edir.

Seminar çərçivəsində müfəttişlər üçün sərhəd-keçid məntəqələrində yoxlama proseduraları və müasir fitosanitar praktika üzrə təlimlər keçiriləcək. Tədbirdə FAO-nun fitosanitar treninqlər üzrə beynəlxalq məsləhətçisi Olqa Lavrentyeva, DFNX və Dövlət Gömrük Komitəsinin əməkdaşları iştirak edirlər.

Tədbirdə DFNX-nin rəisi Camal Quliyev qeyd edib ki, 2015-ci il “Kənd təsərrüfatı ili” elan edilib. Ölkədə bu sahənin inkişafı üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yeni strategiya işlənib hazırlanıb. Kənd təsərrüfatında, xüsusən bitkiçilikdə elmi-texniki tərəqqi əsasında məhsuldarlığın yüksəldilməsi ilə yanaşı ətraf mühitin, bioloji tarazlığın qorunub saxlanması diqqət mərkəzindədir.

Seminar çərçivəsində fitosanitar baxış proseduralarının praktiki tətbiqi və milli prosedurların müqayisəli təhlili məqsədi ilə idxal olunan karantin nəzarətində olan materialların təyinat məntəqələrində praktiki məşğələlər aparılacaq.

Son xəbərlər

Orphus sistemi