Bakıda orqanik məhsullar festivalı keçirilir - FOTOREPORTAJ

Bakıda orqanik məhsullar festivalı keçirilir - FOTOREPORTAJ İlk xəbər saat 11:34-də verilib
ASK
21 İyun , 2019 14:38
Bakıda orqanik məhsullar festivalı keçirilir - FOTOREPORTAJ
Report/Elchin Murad

İlk xəbər saat 11:34-də verilib

Bu gün Bakıda Dənizkənarı Milli Parkda orqanik məhsullar festivalı (“Organic Food Festival 2019”) işə başlayıb.

"Report" xəbər verir ki, ilk dəfə keçirilən bu tədbir iyunun 23-dək davam edəcək.

Festivalda 50-dən çox şirkətin 150-yə yaxın məhsul və xidmətləri təqdim olunur. Məqsəd həm istehsalçılar, həm də istehlakçılar arasında orqanik qidanı təbliğ və təşviq etməkdir.

Tədbirin təşkilatları İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Dövlət Aqrar Ticarət Şirkəti" MMC-dir.

Festivalı giriş sözü ilə Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov açıb. O, dövlətin orqanik qida sahəsinin inkişafına önəm verdiyini bildirib. 

Daha sonra BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan ofisinin rəhbəri Mələk Çakmak çıxış edib. O, təmsil etdiyi qurumun ərzaq və qida təhlükəsizliyinə, sağlam qidaya əlçatanlığına önəm verdiyini diqqətə çatdırıb: "Pesdisitlər düzgün istifadə edərlərsə, dünyada qida əlçatan olacaq. Azərbaycanın ixrac yolu ilə dünyanın qida təhlükəsizliyi üçün görəcəyi işlər var. Mən əminəm ki, ölkədə orqanik kənd təsərrüfatı lazımi qədər inkişaf edəcək". 

"Dövlət Aqrar Ticarət Şirkəti"nin direktor müavini Sərxan Sərxanov isə bildirib ki, təmsil etdiyi şirkət bir sıra məhsulları qablaşdırır və satışını həyata keçirir: "Belə məhsulların sayı getdikcə artırılacaq". 

Son xəbərlər

Orphus sistemi