Bakıda Novruz bayramı ilə əlaqədar yarmarkalar başlayıb - FOTO

Bakıda Novruz bayramı ilə əlaqədar yarmarkalar başlayıb - FOTO Yarmarkalar martın 19-na qədər davam edəcək
ASK
14 Mart , 2015 10:38
Bakıda Novruz bayramı ilə əlaqədar yarmarkalar başlayıb - FOTO

Bakı. 14 mart. REPORT.AZ/ Bakı şəhərinin bir sıra ərazilərində Novruz bayramı ilə əlaqədar kənd təsərrüfatı məhsullarının satış yarmarkaları keçirilir. “Report” xəbər verir ki, yarmarkanın ilk günündə səhər saatları olmasına baxmayaraq, artıq alıcılar gəlməyə başlayıb.

Yarmarkalar Xətai rayonunda Ukrayna dairəsi və "Bakı" kinoteatrının yanında, Nəsimi rayonunda S.Vurğun küçəsi, 73 ünvanındakı "Təzə Bazar"ın ərazisində, Yasamal rayonunda Akim Abbasov küçəsindəki İran klinikasının yanında, Nərimanov rayonunda "Gənclik" metrosunun yanında, Səbail rayonunda Badamdar qəsəbəsindəki Seyran Məmmədov küçəsi,1 ünvanında yerləşən məktəbin arxasında, Suraxanı rayonunda Qaraçuxur qəsəbəsindəki Əhməd Mehbalıyev, 2 ünvanındakı “Vətən Şəhidləri Unudulmur” abidələr kompleksinin və ya hərbi hissənin yanında, həmçinin Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 12 ünvanında, Binəqədi rayonunda Dərnəgül qəsəbəsi Koroğlu Rəhimov küçəsi, 53 ünvanında "Elit" Ticarət Mərkəzinin yaxınlığında keçirilir.

Alıcılar ağartı məhsulları, meyvə-tərəvəz, bal kimi axtardıqları bütün kənd təsərrüfatı məhsullarını bayram yarmarkalarında tapa bilərlər.

Kənd Təsərrüfatı Nazirliyi bildirib ki, yarmarkaların keçirilməsində məqsəd Novruz bayramı ilə əlaqədar paytaxt əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımı və möhtəkirliyin qarşısının alınmasıdır. Yarmarkalar martın 19-dək davam edəcək.

Bayram günlərində Bakı şəhərinin digər yerlərində də yarmarkaların keçirilməsi nəzərdə tutulur. 

Son xəbərlər

Orphus sistemi