Bakıda ənənəvi bal yarmarkası keçirilir

Bakıda ənənəvi bal yarmarkası keçirilir Bu il satışa 107,5 ton süzülmüş bal, 5,5 ton şan balı, 1200 tona yaxın digər arıçılıq məhsulları çıxarılıb
ASK
10 Oktyabr , 2017 13:18
Bakıda ənənəvi bal yarmarkası keçirilir
Report/ Firi Salim

Bakı. 10 oktyabr. REPORT.AZ/ Builki bal yarmarkasına 333 arıçı öz məhsulunn təqdim edib ki, bu da ötən illə müqayisədə 78 nəfər çoxdur". 

"Report" xəbər verir ki, bunu bu gün paytaxtda açılmış ənənəvi arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasında kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov deyib.

Onun sözlərinə görə, bu il satışa çıxarılmış balın həcmi də ötən ilə nisbətən artıb: "Bu il satışa 107,5 ton süzülmüş bal, 5,5 ton şan balı, 1200 tona yaxın digər arıçılıq məhsulları çıxarılıb. Halbuki keçən il cəmi 75 ton süzülmüş bal çıxarılıb. Yarmarkada bütün iqtisadi rayonlarından iştirakçılar var. Əsas Lənkərandan olan iştirakçılardır ki, onların da sayı 107-dir. Şəki-Zaqatala zonasından 76, Gəncə-Qazax zonasından isə 60 arıçı yarmarkada iştirak edir". 

Bununla belə, nazir müavini etiraf edib ki, yarmarkaya saxta bal çıxarılması halları var: "Bu il ballardan 3 400 nümunə götürülüb ki, onun da 509-u standartlara uyğun olmadığı üçün satışdan çıxarılıb. Bu isə təxminən 22,5 ton süzülmüş bal deməkdir".

S.Talıbovun sözlərinə görə, bu il may ayının isti keçməsi arıçılığa mənfi təsir edib: "May ayından sonra ölkəmizdə quraqlıq oldu. Təbii ki, bu da arıçılıq məhsullarının həcminə və keyfiyyətinə təsir etdi".

Qeyd edək ki, yarmarka Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 ünvanında (“A.M.A.Y Holdinq” MMC-nin ticarət mərkəzində) keçirilir və noyabrın 5-nə qədər davam edəcək. 

Son xəbərlər

Orphus sistemi