Bakıda bal yarmarkasının açılışı olub - FOTOREPORTAJ - VİDEO

Bakıda bal yarmarkasının açılışı olub - FOTOREPORTAJ - VİDEO Bakı. 8 oktyabr. REPORT.AZ/ Bakının Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisində keçirilən arıçılıq məhsullarının 19-cu sərgi-satış yarmarkasının açılışı olub.
ASK
8 Oktyabr , 2018 17:58
Bakıda bal yarmarkasının açılışı olub - FOTOREPORTAJ - VİDEO
Report/Elchin Murad
0 : 00
0 : 00

Bakı. 8 oktyabr. REPORT.AZ/ Bakının Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisində keçirilən arıçılıq məhsullarının 19-cu sərgi-satış yarmarkasının açılışı olub.

“Report” xəbər verir ki, açılış mərasimində Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri iştirak ediblər.

Jurnalistlərə açıqlama verən Mətbuat xidmətinin rəhbəri Anar Hüseynov bildirib ki, Nazirlik bir ay öncə dövlət aqrar inkişaf mərkəzlərinə müraciət edərək bu yarmarkada iştirak edəcək arıçıların siyahısını hazırlayıb.

Onun sözlərinə görə, bu ayın sonuna qədər davam edəcək yarmarkaya təqdim edilmiş məhsullar Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə birlikdə analiz edilib. Nəticədə 150 ton məhsuldan 30 tonunun keyfiyyətsiz olduğu üzə çıxıb.

“Hazırda yarmarkada ancaq keyfiyyətli bal satılır. Yararsız məhsul xüsusi anbarda saxlanılmaqdadır", - Nazirlik rəsmisi deyib. 

Qeyd edək ki, yarmarkada balın 1 kq-ı alıcılara 20-25 manata təklif olunur. 

İngilis versiyası Honey Fair opened in Baku

Son xəbərlər

Orphus sistemi