Azərbaycanla Xorvatiya arasında aqrar sahədə əməkdaşlıq imkanları müzakirə edilib

Azərbaycanla Xorvatiya arasında aqrar sahədə əməkdaşlıq imkanları müzakirə edilib Bakı. 14 fevral. REPORT.AZ/ Bu gün kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Xorvatiyanın ətraf mühit və energetika nazirinin müavini İvo Milatiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 
ASK
14 Fevral , 2018 17:48
Azərbaycanla Xorvatiya arasında aqrar sahədə əməkdaşlıq imkanları müzakirə edilib

Bakı. 14 fevral. REPORT.AZ/ Bu gün kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Xorvatiyanın ətraf mühit və energetika nazirinin müavini İvo Milatiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Bu barədə “Report”a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Məlumata görə, görüşün məqsədi Azərbaycanla Xorvatiya arasında kənd təsərrüfatı, xüsusilə şəkər çuğunduru sahəsində gələcək əməkdaşlıq imkanlarının müzakirəsi olub. İ.Quliyev Azərbaycanda aqrar sahədə həyata keçirilən institusional islahatlar, hökumət tərəfindən kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılan subsidiyalar haqqında məlumat verilib. O deyib ki, Azərbaycanda fermer və sahibkarlara kənd təsərrüfatı texnikalarının 40%-i, mineral gübrələrin 70%-i, damazlıq heyvanların isə 50%-i güzəştlə verilir, ixracyönümlü sahələr, xüsusilə pambıqçılıq, baramaçılıq, tütünçülük, fındıqçılıq və çayçılığa diqqət yetirilir.

Nazir müavini iki ölkə arasında kənd təsərrüfatı sahəsində müqavilə-hüquq bazasının yaradılması məqsədilə Nazirliyin hazırladığı "Azərbaycan və Xorvatiyanın Kənd Təsərrüfatı Nazirlikləri arasında əməkdaşlıq haqqında” anlaşma memorandumu layihəsinin aidiyyəti dövlət qurumlarının rəy və təklifləri nəzərə alınaraq qarşı tərəfə təqdim olunması məqsədilə Azərbaycanın Xarici İşlər Nazirliyinə göndərildiyini diqqətə çatdırıb. İ.Quliyev hazırda Azərbaycanda 14 min hektar sahədə şəkər çuğunduru əkildiyini, 2017-ci ildə 422 min ton məhsul istehsal edildiyini bildirərək əkin sahəsinin 40 min hektara çatdırılması, həmçinin şəkər çuğundurunun emalı ilə məşğul olan hüquqi və fiziki şəxslərə təhvil verilmiş şəkər çuğundurunun hər tonuna görə 4 manat məbləğində subsidiya verildiyi barədə məlumat verib. O, Azərbaycanda əlverişli investisiya mühitinin olduğunu bildirərək, Xorvatiya iş adamlarıni 2018-ci ilin may ayında keçiriləcək kənd təsərrüfatı sərgisinə dəvət edib.

İ.Milatiç Azərbaycan və Xorvatiyanın arasında kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şirkətləri arasında əlaqələrin daha da genişlənməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib. 

Son xəbərlər

Orphus sistemi