Şahin Mustafayev: "Azərbaycanda qurudulmuş meyvə və tərəvəz məhsullarının istehsalı üçün İran texnologiyalarının tətbiqini təklif edirik"

Şahin Mustafayev: "Azərbaycanda qurudulmuş meyvə və tərəvəz məhsullarının istehsalı üçün İran texnologiyalarının tətbiqini təklif edirik" ​Azərbaycan ilə İran arasında"Qida təhlükəsizliyi üzrə əməkdaşlıq haqqında Saziş"in imzalanması təklif olunur
ASK
15 Mart , 2019 14:21
Şahin Mustafayev: Azərbaycanda qurudulmuş meyvə və tərəvəz məhsullarının istehsalı üçün İran texnologiyalarının tətbiqini təklif edirik
Report.az
0 : 00
0 : 00

"Azərbaycan ilə İran arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün geniş imkanlar var".

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev bu gün Bakıda keçirilən Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 13-cü iclasında deyib.

Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqrolizinq" ASC-ni İrandan 44 ədəd müxtəlif kənd təsərrüfatı texnikası alıb: "Bu sahədə əməkdaşlığımızı daha da dərinləşdirmək məqsədi ilə qurudulmuş meyvə və tərəvəz məhsullarının istehsalı sahəsində İran texnologiyalarının tətbiqini, aqrar tədqiqat və aqrar ticarət sahəsində iki ölkənin müvafiq qurumları arasında əməkdaşlıq əlaqələrinin yaradılmasını, eləcə də "Qida təhlükəsizliyi üzrə əməkdaşlıq haqqında Saziş"in imzalanmasını təklif edirik".

İranın iqtisadiyyat və maliyyə naziri Fərhad Dejpəsənd isə bildirib ki, İran-Azərbaycan arasında Hökumətlər Komissiyanın 13-cü iclasında kənd təsərrüfatı sahəsində torpaqların müştərək istifadə olunması barədə razılıq əldə edilib.

O həmçinin bildirib ki, ikitərəfli ticari, iqtisadi əlaqələrin genişləndirilməsində əsas məqamlardan biri müştərək şirkətlərin qurulmasıdır: "Bununla bağlı müəyyən razılıqlar əldə etmişik".

Son xəbərlər

Orphus sistemi