Yuxarı

Azərbaycanın şərabçılıq müəssisənin səhmdarlarının yığıncağı keçiriləcək

Azərbaycanın şərabçılıq müəssisənin səhmdarlarının yığıncağı keçiriləcək
Söhbət Şamaxı Şərab-2” ASC-dən gedir

Bakı. 6 may. REPORT.AZ/ İyunun 21-də, saat 11:00-da “Şamaxı Şərab-2” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə müəssisənin İdarə Heyətinə istinadən rəsmi mətbuatda məlumat verilib.

Məlumatda deyilir ki, yığıncaq Cəmiyyətin Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov küçəsi, 3097-ci məhəllədə yerləşən inzibati binasında olacaq. Yığıncağın gündəliyinə müəssisənin illik balansının, mənfəət və zərər hesabatlarının təsdiq olunması məsələsi daxildir.

Xatırladaq ki, “Şamaxı Şərab-2” ASC 2005-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1650308 manatdır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi