Azərbaycanın meyvə və tərəvəz ixracatçıları hökumətdən subsidiya istəyir

Azərbaycanın meyvə və tərəvəz ixracatçıları hökumətdən subsidiya istəyir Bakı. 29 yanvar. REPORT.AZ/ Azərbaycanın meyvə və tərəvəz ixracatçıları Körfəz və Avropa ölkələrinə ixracın stimullaşdırlması üçün hökumətdən subsidiya istəyirlər. 
ASK
29 Yanvar , 2018 13:45
Azərbaycanın meyvə və tərəvəz ixracatçıları hökumətdən subsidiya istəyir

Bakı. 29 yanvar. REPORT.AZ/ Azərbaycanın meyvə və tərəvəz ixracatçıları Körfəz və Avropa ölkələrinə ixracın stimullaşdırlması üçün hökumətdən subsidiya istəyirlər. 

"Report" xəbər verir ki, bunu Azərbaycan Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Bəşir Quliyev bildirib.

B.Quliyevin sözlərinə görə, Azərbaycan məhsulları Körfəz və Aropa ölkələrində keyfiyyətli məhsul kimi tanınmır: "Bu səbəbdən də biz məcburuq dempinq tətbiq edək. İstərdik ki, bunu nəzərə alıb hökumət bizə subsidiya ayırsın".

Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev məsələ ilə bağlı sahibkarlara konkret təkliflərin hazırlanmasını məsləhət görüb: "Konkret təklif hazırlayın və görək neçəyə və necə başa gəlir".

Kənd təsərrüfatı naziri Heydər Əsədov isə sahibkara bildirib ki, subsidiyanın ayrılması üçün məntiqi izah olmalıdır: "Avropa ölkələrində subsidiyalar 18-23% olduğu halda, Azərbaycanda bu rəqəm 27,7%-dir. Konkret bu məsələyə gəldikdə isə biz istixanalara subsidiya ayrılmasına ehtiyac görmürük. Gələcək perspektivdə də bunu görmürəm".

Son xəbərlər

Orphus sistemi