Yuxarı

Azərbaycanın kənd təsərrüfatı naziri UNDP-nin rezident əlaqələndiricisi ilə görüşüb

Azərbaycanın kənd təsərrüfatı naziri UNDP-nin rezident əlaqələndiricisi ilə görüşüb
Görüşdə Qlobal əhəmiyyətli aqro-bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsi Layihəsi müzakirə olunub

Bakı. 27 iyul. REPORT.AZ/ Bu gün Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov BMT-nin İnkişaf Proqramının (UNDP) rezident əlaqələndiricisi Qulam İsakzai ilə görüşüb.

Nazirlikdən "Report"a daxil olan məlumata görə, görüşün məqsədi UNDP, Qlobal Ətraf Mühit Fondu və Kənd Təsərrüfatı Nazirliyinin birgə həyata keçirəcəkləri “Qlobal əhəmiyyətli aqro-bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsi Layihəsi"nə hazırlıq məsələlərinin müzakirəsi olub.

H.Əsədov aqrar sahədə həyata keçirilən islahatlar, əldə olunan nailiyyətlər və icra olunan beynəlxalq layihələr barədə geniş məlumat verib.

Görüşdə “Qlobal əhəmiyyətli aqro-bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsi Layihəsi"nin komponentləri üzrə müzakirələr aparılıb.

Q.İsakzai Azərbaycanda baş verən yenilikləri maraqla izlədiyini qeyd edib. Azərbaycanın yüksək kənd təsərrüfatı potensialı olduğunu bildirərək bu sahədə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi