Azərbaycanın kənd təsərrüfatı məhsulları Monqolustana ixracı oluna bilər

Azərbaycanın kənd təsərrüfatı məhsulları Monqolustana ixracı oluna bilər Bakı. 31 oktyabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi oktyabrın 13-18-də Monqolustana ixrac missiyası təşkil edib.
ASK
31 Oktyabr , 2018 12:35
Azərbaycanın kənd təsərrüfatı məhsulları Monqolustana ixracı oluna bilər
0 : 00
0 : 00

Bakı. 31 oktyabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi oktyabrın 13-18-də Monqolustana ixrac missiyası təşkil edib.

“Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC-dən “Report”a verilən məlumata görə, missiyanın məqsədi iki ölkə arasında ticarət münasibətlərini genişləndirmək üçün qarşılıqlı iqtisadi münasibətlərin inkişaf etdirilməsi, sahibkarların işgüzar müzakirələrinə nail olaraq yeni əməkdaşlıq sahələrinin tapılması olub.

İxrac missiyası tərəfindən aparılmış ikitərəfli görüşlərdə qida məhsullarının istehsalı, şərabçılıq, informasiya texnologiyaları istiqamətlərində əməkdaşlıq məsələləri əsas müzakirə mövzusu olub.

İxrac missiyasında “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-də təmsil olunub, İdarə Heyətinin sədr müavini Elşən Əsədov müzakirələrdə aktiv iştirak edib.

Səhmdar Cəmiyyətinin rəsmisi “Genco Group of Companies”, “Maxİmpex”, “Naran Foods Co. Ltd”, “Erdanet Makh” şirkətlərinin rəhbərləri ilə görüşərək əməkdaşlıq perspektivlərini müzakirə edib.

E.Əsədov Azərbaycan-Monqolustan Konqresinin rəhbəri Abbas Quliyevlə, “Vertus Group”un rəhbəri Faiq Ağayevlə apardığı işgüzar müzakirədə Azərbaycanın kənd təsərrüfatı məhsullarının Monqolustana ixracı imkanları gözdən keçirilib.

Xatırladaq ki, ixrac missiyasının həyata keçirilməsi Monqolustan prezidenti Xaltmaaqiyn Battulqanın bu ilin sentyabrında ölkəmizə səfəri və Prezident İlham Əliyevlə apardığı müzakirələrin yekununda qərara alınıb.

Son xəbərlər

Orphus sistemi