Yuxarı

Azərbaycanın çay idxalı ixracını 7 dəfə üstələyib

Azərbaycan nə qədər çay idxal (ixrac) edib?

Bakı. 25 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında Azərbaycan 660 min ABŞ dolları dəyərində 107,9 ton çay ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, həcm baxımından ötən ilin yanvar ayının göstəriciləri ilə müqayisədə 51,3 ton (90,5%) çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 288,75 min dollar (77,8%) çoxdur.

Eyni zamanda, bu ilin ilk ayında Azərbaycan 2,455 mln. dollar dəyərində 708,8 ton çay idxal edib. Bu, həcm baxımından ötən ilin yanvar ayının göstəriciləri ilə müqayisədə 360,6 ton (33,7%), məbləğ baxımından isə illik nisbətdə 1,7 mln. dollar (40,9%) azdır.

Ay ərzində çay ixracı Azərbaycanın ümumi ixracının 0,05%-ni, çay idxalı isə ölkənin ümumi idxalının isə 0,2% təşkil edib. İdxal ixracı 6,6 dəfə üstələyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi