Azərbaycanın bəzi meyvələr üzrə ixrac həcmləri açıqlanıb

Azərbaycanın bəzi meyvələr üzrə ixrac həcmləri açıqlanıb Bakı. 18 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında Azərbaycan 10,49 mln. ABŞ dolları dəyərində 9,115 min ton tomat ixrac edib.
ASK
18 Fevral , 2019 14:31
Azərbaycanın bəzi meyvələr üzrə ixrac həcmləri açıqlanıb

Bakı. 18 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında Azərbaycan 10,49 mln. ABŞ dolları dəyərində 9,115 min ton tomat ixrac edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, tomat ixracı Azərbaycanın ümumi ixracının 0,8%-ni təşkil edib. 

Bundan başqa, Azərbaycan ötən ay 12,266 mln. dollar dəyərində 2,413 min ton meşə fındığı (ümumi ixracda payı 1%), 5,243 mln. dollar dəyərində 12,179 min ton alma (ümumi ixracda payı 0,4%), 12,596 mln. dollar dəyərində 16,747 min ton xurma (ümumi ixracda payı 1%) ixrac edib. 

Son xəbərlər

Orphus sistemi