Azərbaycanın aqrar sektorunda müayinələrin keyfiyyətinin artırılması üzrə “tvinninq” layihəsinin açılış mərasimi keçirilib

Azərbaycanın aqrar sektorunda müayinələrin keyfiyyətinin artırılması üzrə “tvinninq” layihəsinin açılış mərasimi keçirilib Bakı. 6 fevral. REPORT.AZ/ Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (BEB) dəstəyi ilə həyata keçirilən BEB-in referens laboratoriyası olan, İtalyanın Teramo şəhərində yerləşən Zooprofilaktika İnstitutu (İZSAM) ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) Respublika Baytarlıq Laboratoriyası (RBL) arasında bağlanan müqavilə əsasən, qida təhlükəsizliyi ilə bağlı aparılan müayinələrin keyfiyyətinin artırılması üzrə “Tivinninq” layihəsinin açılış mərasimi keçirilib. 
ASK
6 Fevral , 2018 11:14
Azərbaycanın aqrar sektorunda müayinələrin keyfiyyətinin artırılması üzrə “tvinninq” layihəsinin açılış mərasimi keçirilib
Agro.gov.az

Bakı. 6 fevral. REPORT.AZ/ Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (BEB) dəstəyi ilə həyata keçirilən BEB-in referens laboratoriyası olan, İtalyanın Teramo şəhərində yerləşən Zooprofilaktika İnstitutu (İZSAM) ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) Respublika Baytarlıq Laboratoriyası (RBL) arasında bağlanan müqavilə əsasən, qida təhlükəsizliyi ilə bağlı aparılan müayinələrin keyfiyyətinin artırılması üzrə “Tivinninq” layihəsinin açılış mərasimi keçirilib. 

Bu barədə “Report”a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, açılışı mərasimində çıxış edən DBNX-nin rəisi Azər Süleymanov bildirib ki, “Tvinninq” layihəsinin əsas məqsədi RBL-də qida təhlükəsizliyi ilə bağlı aparılan müayinələrin keyfiyyətinin yüksəldilməsindən, işçilərin və mütəxəssislərin peşəkarlıq səviyyəsinin və diaqnostik bacarıqlarının artırılmasından ibarətdir. 

O, “Tvinninq” layihəsinin 2 il müddətində davam edəcəyini və bu müddətdə qarşıya qoyulan məqsədlərə nail olunacağını bildirib: “Bu 2 il ərzində BEB-in referens laboratoriyası olan, İtalyanın Teramo şəhərində yerləşən Zooprofilaktika İnstitutunun mütəxəssislərinin köməyi ilə RBL-in heyətinin texniki bilik və bacarıqlarını artırmaq, qida təhlükəsizliyi sahəsində müayinə prosedurlarının beynəlxalq standartlara uyğunlaşdırılmasını təmin etməklə laboratoriyanın gələcəkdə akkreditasiya olunmasına dəstək göstərmək, RBL-nın qida təhlükəsizliyi üzrə referens laboratoriyası olması üçün imkanlar yaratmaq və nəhayət, RBL-in BEB-in regional Əməkdaşlıq Mərkəzi statusunu qazanmaqdır”.

Nazirlik rəsmisi deyib ki, 2016-cı ildə 49 nəfər laboratoriya əməkdaşı Türkiyə, Yaponiya, Rusiya və Ukraynada, 2017-ci ildə isə əlavə olaraq 14 nəfər təkrarən Türkiyənin müxtəlif laboratoriyalarında təlimdə iştirak edib, müasir müayinə metodlarını mənimsəyib. A.Süleymanov görülmüş işlərin nəticəsi olaraq Respublika Baytarlıq Laboratoriyasının həm heyvan xəstəlikləri, həm də qida təhlükəsizliyi üzrə beynəlxalq səviyyəyə çıxmaq, beynəlxalq akkreditasiyadan keçmə imkanları olduğunu, verilmiş təklif və müraciətlərin Beynəlxalq Epizootik Büro tərəfindən qəbul edildiyini, ötən il beynəlxalq mütəxəssislərin Respublika Baytarlıq Laboratoriyasında yaradılan şəraitlə tanış olduğunu diqqətə çatdırıb. Ona görə də əlavə bilik və bacarıqların artırılması üçün texniki dəstəyin göstərilməsinə qərar verilib.

Tədbirdə Respublika Baytarlıq Laboratoriyasının direktoru F. Quliyev “RBL-in rolu və fəaliyyəti haqqında”, İZSAM-ın mütəxəssisi F.Pomillo “Baytarlıq təlimi, epidemiologiya, qida təhlükəsizliyi və heyvanların rifahı üzrə BEB-in Əməkdaşlıq Mərkəzi kimi rolu və fəaliyyəti”, İZSAM-ın mütəxəssisi L.Riççi “Ümumi məqsəd vəzifələr və fəaliyyət planı” barədə təqdimatlarla çıxış ediblər.

Tədbirin sonunda plenar müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi