​Azərbaycanda zərərli orqanizmlərin populyasiyası minimuma endirilib

​Azərbaycanda zərərli orqanizmlərin populyasiyası minimuma endirilib Respublika ərazisində fitosanitar sabitlik təmin edilib
ASK
14 Oktyabr , 2015 03:26
​Azərbaycanda zərərli orqanizmlərin populyasiyası minimuma endirilib

Bakı. 14 oktyabr. REPORT.AZ/ 2015-ci ildə xüsusi təhlükəli və karantin tətbiq edilən zərərli orqanizimlərə qarşı aparılan səmərəli mübarizə tədbirləri nəticəsində məhsul itkisinin qarşısı alınıb, zərərli orqanizmlərin populyasiyası minimuma endirilərək respublika ərazisində fitosanitar sabitlik təmin edilib.

"Report" xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin (DFNX) 2015-ci ilin 9 ayı ərzində görülən işlərin yekunlarına dair hesabatında bildirilir.

Xidmətin Respublika Toksikologiya və Keyfıyyətə Nəzarət Mərkəzində 2015-ci ilin 9 ayı ərzində respublikaya gətirilən 254 pestisid nümunəsində 1016 keyfiyyət göstəriciləri və 1593 aqrokimyəvi maddə nümunəsində 6372 keyfiyyət göstəriciləri, kənd təsərrüfatı məhsullarının 3807 nümunəsində pestisidlərin, 3823 nümunədə nitrat və nitrit qalıqlarının, 352 nümunədə mikotoksinin və 121 nümunədə isə ağır metalların miqdarı təyin edilib.

2015-ci ilin 9 ayı ərzində Respublika Karantin Ekspertiza Mərkəzində bitki və bitkiçilik məhsullarının 23012 nümunəsi əsasında 58606 ekspertiza aparılıb, 11071 ekspertiza protokolu tərtib edilib. Mərkəzin fumiqasiya dəstəsi tərəfindən cari ildə 89342,4 ton texniki yük, 4121,6 m3 taxta materialı, 2361742 m3 obyekt və boş anbar sahəsi zərərsizləşdirilib.

2015-ci ildə laboratoriyalar tərəfındən mütəmadi olaraq kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında, bazarlarda, topdansatış bazalarında bitki və bitkiçilik məhsullarının keyfıyyət göstəricilərinə nəzarət olunub, kənd təsərrüfatı məhsullarından nümunələr götürülərək analiz olunub, tərkibində pestisidlərin, nitrat və nitritlərin qalıq miqdarı yol verilən normadan artıq olan, insan həyatına və sağlamlığına təhlükə törədən keyfiyyətsiz 950 kq məhsul dövriyyədən çıxarılıb.

Respublika üzrə 2015-ci ilin 9 ayı ərzidə kənd təsərrüfatı bitkilərinin zərərverici, xəstəlik və alaq otlarının aşkarlanması üçün 3204883 hektar sahədə müşahidə işləri aparılıb, 1176895 ha sahədə sirayətlənmə və yoluxma aşkar edilib, 695310 ha sahədə mübarizə işləri aparılıb.

Mübarizə tədbirlərinin 584289 hektarı təsərrüfat subyektləri hesabına, 111021 hektarı dövlət büdcəsindən ayrılan vəsait hesabına aparılıb.

2015-ci ilin 12 iyul tarixindən Respublika ərazisinə Şimali Qafqazdan Xəzər Dənizi vasitəsi ilə miqrasiya olunan Asiya çəyirtkəsi Sumqayıt şəhərinin və Abşeron rayonunun Şüvəlan, Bilgəh, Pirşağı, Buzovna, Novxanı, Goradil, Nardaran, Mərdəkan, Fatmayi kəndlərinin dənizkənarı ərazilərində aşkar olunub. Zərərvericiyə qarşı operativ və səmərəli mübarizə tədbirlərinin aparılması məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinin tapşırığı əsasında Dövlət Fitosanitar Nəzarəti Xidmətində qərargah yaradılıb. Qərargaha Xidmətin Respublika Bitki Mühafizəsi Mərkəzinin yaxın rayonlardan mütəxəssisləri, maşın və mexanizmləri cəlb edilib, ərazi tam nəzarətə götürülərək 13-18 iyul tarixlərində 1090 ha sahədə dövlət büdcəsi hesabına kimyəvi mübarizə tədbirləri aparılıb və zərərvericinin respublika ərazisində yayılmasının qarşısı alınıb.

2015-ci ildə Dövlət Xidmətinin beynəlxalq əlaqələri genişləndirilib, сari ildə Azərbaycan Respublikası və Rusiya Federasiyası, Ruminiya, Pakistan və Çin Xalq Respublikası arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında hökumətlərarası saziş layihələri yenidən işlənərək aidiyyəti üzrə təqdim edilib, sözügedən ölkələrin müvafiq qurumlarında saziş layihələrinin baxılması və müzakirəsi davam etdirilir.

17-18 iyun 2015-ci il tarixində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə birgə həyata keçiridiyi “Mərkəzi Asiya ölkələrində fitosanitar nəzarətin gücləndirilməsi” regional layihəsi çərçivəsində, 21-25 iyun 2015-ci il tarixlərində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən “Mərkəzi Asiyada milli fitosanitar nəzarətinin potensialının möhkəmləndirilməsi” mövzusunda və 29-30 iyul 2015-ci il tarixlərində FAO-nun Orta Asiya üzrə subregional ofisi tərəfindən «Orta Asiyada mili fitosanitar nəzarəti xidmətlərinin potensialının möhkəmləndirilməsi» adlı TCP/SES/3403 layihəsi çərçivəsində «Fitosanitar müfəttişlər üçün sərhəd keçid məntəqələrində müfəttişlik prosedurları və müasir fitosanitar praktika» mövzusunda Bakı şəhərində seminarlar keçirilib.

Son xəbərlər

Orphus sistemi