Yuxarı

Azərbaycanda yeni toxum sortları və tingləri dövlət reyestrinə salına bilər

Yeni toxum sortları və tingləri dövlət reyestrinə salına bilər

“Bu il bir sıra toxum sortlarının və tinglərinin Dövlət Reyestrinə salınması təklif edilir”.

"Report"xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Nicat Nəsirli bildirib.

“Dövlətə məxsus sort sınaq məntəqələri hər il Dövlət Reyestrinə toxum sortları və tingləri təklif edirlər. Dövlət Reyestri 2-3 il sınaq aparır, əgər sınaqdan uğurla keçərsə, həmin toxum sortunu və tingini qəbul edir. Bunlar, əsasən, bərk və yumşaq buğda sortları, bizim iqlimdə formalaşmış şaftalı və alma tingləridir. Həmçinin Heyvandarlıq İnstitutu bir neçə cinslə bağlı araşdırma aparır. Tərəvəzçilik İnstitutu da təklif verməyi planlaşdırır”, - o qeyd edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi