Azərbaycanda yeni toxum emalı müəssisələrinin nə vaxt fəaliyyətə başlayacağı məlum olub

Azərbaycanda yeni toxum emalı müəssisələrinin nə vaxt fəaliyyətə başlayacağı məlum olub Şəki və Xaçmaz rayonlarında inşa edilmiş toxum emalı müəssisələri builki taxıl biçini başa çatana qədər fəaliyyətə başlayacaq.
ASK
24 İyun , 2019 15:46
Azərbaycanda yeni toxum emalı müəssisələrinin nə vaxt fəaliyyətə başlayacağı məlum olub

Şəki və Xaçmaz rayonlarında inşa edilmiş toxum emalı müəssisələri builki taxıl biçini başa çatana qədər fəaliyyətə başlayacaq. 

Bunu “Report”a Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Toxum Fondunun sədri Emin Əliyev bildirib.

"Biçin başa çatanda emala başlaya biləcəyik. Həmin müəssisələr saatda 5 ton toxum emal etmək və 3 min ton saxlanc imkanına malikdir. İlk olaraq Şəkidəki müəssisə fəaliyyətə başlayacaq. Əsasən, dənli və dənli paxlalı bitkilər - buğda, arpa, noxud emal olunacaq", - deyə o qeyd edib. 

E.Əliyevin sözlərinə görə, bu il Tovuz, Ağcabədi və Qobustanda da toxum emalı müəssisələrinin fəaliyyətə başlaması gözlənilir. 

Xatırladaq ki, Azərbaycanın toxuma olan illik tələbatı 120 min tondur. 

Son xəbərlər

Orphus sistemi