Azərbaycanda yeni soyuducu anbarları yaradıla bilər

Azərbaycanda yeni soyuducu anbarları yaradıla bilər “Araşdırmalar göstərir ki, Azərbaycanda, əsasən, kartof olmaqla tərəvəz saxlamaq üçün 150-200 min ton tutumlu yeni soyuducu anbarlarının yaradılmasına ehtiyac var.
ASK
13 Noyabr , 2019 17:08
Azərbaycanda yeni soyuducu anbarları yaradıla bilər

“Araşdırmalar göstərir ki, Azərbaycanda, əsasən, kartof olmaqla tərəvəz saxlamaq üçün 150-200 min ton tutumlu yeni soyuducu anbarlarının yaradılmasına ehtiyac var".

Bunu “Report”a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyib.

"Sahibkarlar artıq bu istiqamətdə investisiya qoymaq istəyirlər. Azərbaycanda kartof istehsalı, əsasən, Şəmkir, Tovuz, Qazax, həmçinin İsmayıllı və Xaçmaz rayonlarındadır. Soyuducu anbarlar istehsal rayonlarında, həmçinin istehlak bazarına yaxın - Bakı şəhəri ətrafında yaradıla bilər", - o qeyd edib. 

Son xəbərlər

Orphus sistemi