Azərbaycanda yeni bitki sort və hibridlərinin sınaqları davam etdirilir

Azərbaycanda yeni bitki sort və hibridlərinin sınaqları davam etdirilir Bakı. 23 iyul. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti kənd təsərrüfatı bitkilərinin yeni sortlarının ekspertizası, sınaq və qeydiyyatının aparılması sahəsində fəaliyyətlərin icrası davam etdirir.
ASK
23 İyul , 2018 15:57
Azərbaycanda yeni bitki sort və hibridlərinin sınaqları davam etdirilir
agro.gov.az
0 : 00
0 : 00

Bakı. 23 iyul. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti kənd təsərrüfatı bitkilərinin yeni sortlarının ekspertizası, sınaq və qeydiyyatının aparılması sahəsində fəaliyyətlərin icrası davam etdirir. 

Bu barədə “Report”a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Xidmət tərəfindən təsdiq olunmuş iş planına əsasən, 78 bitki üzrə 995 müsabiqəli sort-sınaq təcrübələri bilavasitə strukturumuza daxil olan və ölkənin 9 torpaq-iqlim zonasını əhatə edən 11 rayonunun (Ağdam, Göyçay, Kürdəmir, Xaçmaz, Qusar, İsmayıllı, Qazax, Lənkəran, Salyan, Zaqatala, Gədəbəy) 14 kəndi ərazisində yerləşən DSSM-də, 300-dən artıq sort-sınaq təcrübəsi isə paralel olaraq xidmətin strukturuna daxil olmayan digər dövlət və özəl qurumlarda həyata keçirilir.

Hazırda dənli-taxıl, xüsusilə, buğda və arpa bitkiləri üzrə 81 sort-sınaq təcrübələrinin biçini başa çatıb. Həmin təcrübələr üzrə hər bir sortun təkrarlar üzrə məhsulunun çəkilməsi və hektara çevirməklə məhsuldarlıq göstəricilərinin müəyyən edilməsinə başlanılıb. Dənli-paxlalı bitkilər üzrə 46, yem bitkiləri üzrə 19, texniki bitkilər (pambıq, günəbaxan, tütün) üzrə 94, tərəvəz bitkiləri üzrə 280, bostan bitkiləri üzrə 16, kartof üzrə 43, meyvə, üzüm, çay və digər bitkilər üzrə 416 sort-sınaq təcrübələri üzrə zəruri aqrotexniki tədbirlərin aparılması və metodiki təlimatlara uyğun olaraq müşahidə və qiymətləndirmələr davam etdirilir.

Müvafiq bitkilərin sort və hibridləri üzrə həyata keçirilən müsabiqəli sort-sınaqları, o cümlədən təsərrüfat faydalılığı sınaqları, fərqlilik, oxşarlıq və sabitlik sınaqları, həmçinin digər dövlət qurumları və özəl təsərrüfatlarının sahələrində həyata keçirilən sınaqlar başa çatdıqdan sonra nəticələrə dair müvafiq məlumatlar Dövlət Xidməti tərəfindən tam araşdırılacaq, təhlil ediləcək və bundan sonra rəqabət qabiliyyətliliyi yüksək olan və zəmanətli məhsul artımını təmin edə bilən sortların müəyyənləşdirilərək istehsalatda istifadəyə verilməsi məqsədilə dövlət qeydiyyatına alınması, patent qabiliyyəti şərtlərini təmin edən sortlara isə mühafizə hüququ (patent) və müəlliflik şəhadətnaməsi sənədlərinin verilməsinə baxılacaq.

Son xəbərlər

Orphus sistemi