Bakı. 5 oktyabr. REPORT.AZ/ Vergilər Nazirliyi "Şeyx", "Hacı Şahin", "Heydər" və "Cəngi" kəndli-fermer təsərrüfatlarını dövlət qeydiyyatına alıb.
Bu barədə "Report"a Nazirlikdən bildirilib.
Məlumata görə, təsərrüfatlar MMC formasında bu ilin iyun ayında yaradılıb. Bunlardan ilk ikisi İmişli rayonu, üçüncü - Bərdə rayonu, sonuncu isə Sumqayıt şəhərində yerləşir.
Hər 4 müəssisənin nizamnamə kapitalı simvolik olaraq 10 manat məbləğində müəyyən edilib.