Azərbaycanda tərkibi genetik modifikasiya olunan pambıqdan istifadə qadağan edilir

Azərbaycanda tərkibi genetik modifikasiya olunan pambıqdan istifadə qadağan edilir Bununla bağlı “Pambıqçılıq haqqında” qanun layihəsinə dəyişikliklər ediləcək
ASK
4 Dekabr , 2015 12:04
Azərbaycanda tərkibi genetik modifikasiya olunan pambıqdan istifadə qadağan edilir

Bakı. 4 dekabr. REPORT.AZ/ Azərbaycanda tərkibi genetik modifikasiya olunan (GMO) pambığın satışı, istifadəsi və idxalı qadağan edilir. “Report” xəbər verir ki, bununla bağlı “Pambıqçılıq haqqında” qanun layihəsinə dəyişikliklər ediləcək.

Dəyişikliklər layihəsi Milli Məclisin Aqrar siyasət komitəsinin dekabrın 4-də keçirilən iclasında müzakirə olunub. Layihəyə əsasən, genetik modifikasiya olunan bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılan kənd təsərrüfatı bitki materiallarından istifadə edilməklə istehsal olunan pambığın və pambıq məhsullarının Azərbaycanda satışına, istifadəsinə və idxalına yol verilməyəcək.

Aqrar siyasət komitəsi dəyişikliklər layihəsini təsdiqləyib və parlamentin plenar iclasına tövsiyə edib. 

Son xəbərlər

Orphus sistemi