Azərbaycanda sənaye istehsalı 1,5% artıb

Azərbaycanda sənaye istehsalı 1,5% artıb Bakı. 15 fevral. REPORT.AZ/ Bui ilin yanvar ayında Azərbaycanda 3,9 mlrd. manatlıq və ya əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 1,5% çox sənaye məhsulu istehsal edilib.
ASK
15 Fevral , 2018 10:26
Azərbaycanda sənaye istehsalı 1,5% artıb
Report

Bakı. 15 fevral. REPORT.AZ/ Bui ilin yanvar ayında Azərbaycanda 3,9 mlrd. manatlıq və ya əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 1,5% çox sənaye məhsulu istehsal edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 8,7% artıb, neft sektorunda isə eyni səviyyədə qalıb.

Sənaye məhsulunun 75,9%-i mədənçıxarma sektorunda, 19,1%-i emal sektorunda, 4,5%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,5%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda neft hasilatı 0,2%, əmtəəlik qaz hasilatı isə 5,9% azalıb.

Emal sektorunda tütün məmulatlarının istehsalı 2,8 dəfə, toxuculuq sənayesi məhsullarının istehsalı 73,9%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 3,2 dəfə, əczaçılıq məhsullarının istehsalı 3,1 dəfə, tikinti materiallarının istehsalı 22,2%, artıb, qida məhsullarının istehsalı 1,0%, içkilərin istehsalı 24,8%, geyim istehsalı 52,3%, kompüter və elektron məhsulların istehsalı 23,2%, elektrik avadanlıqlarının istehsalı 22,3%, maşın və avadanlıqların istehsalı 29,0%, azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmində 0,2%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 5,2% azalma qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi